26 Noyabr 2021 19:45
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və İordaniya Haşimilər Krallığının Yaxın Şərq Araşdırmaları Mərkəzi arasında anlaşma memorandumu imzalanıb.

Bu barədə Teleqraf.com-a BMTM-dən məlumat verilib.

Memorandumu BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev və İordaniya beyin mərkəzinin sədri Bayan Al-Omari imzalayıb. Sənəddə iki beyin mərkəzi arasında birgə elmi və praktik konsultasiyaların hazırlanması, seminarların, elmi layihələrin həyata keçirilməsi, ekspert mübadiləsi və digər əməkdaşlıq əlaqələri əks olunub.

Qeyd edək ki, 2 ildən çox müddətdə fəaliyyət göstərən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi dünyanın müxtəlif bölgələrindən 30-a yaxın beyin mərkəzi ilə əməkdaşlıq memorandumu imzalayıb və əməkdaşlıq çərçivəsində praktiki addımlar atıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər