Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu hərbi helikopter qəzası ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Feysbuk səhifəsində yazıb.
“Bu gün baş verən hərbi helikopter qəzasında şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirəm. Qəhrəman Azərbaycan silahlı qüvvələri və Can Azərbaycanın hökuməti və xalqının başı sağ olsun”, - Çavuşoğlu qeyd edib.