“Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri qəzaya uğrayıb. Qəza nəticəsində 14 hərbi qulluqçumuz həlak olub. Təklif edirəm ki, həlak olan hərbi qulluqçuların xatirəsi 1 dəqiqəlik sükutla yad edilsin”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova bugünkü iclasda deyib.
Sonra həlak olan hərbi qulluqçuların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra spiker hadisə zamanı yaralanan hərbi qulluqçulara sağlamlıq arzulayıb.