6 Dekabr 2021 17:05
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynada ABŞ hakimiyyətə faşistləri gətirdi və onlar da ölkəni dağıdır. Demokratiya yoxdur, prezident konstitusiya məhkəməsini buraxdı, üç televiziya kanalını bağladı, bir siyasətçini ev dustağı elədi. İndi də Rinat Axmedovu ev dustağı etməyə çalışır. Amma bunu etmək olduqca çətindir”.

Bunu Ukraynadakı durumu Teleqraf.com-a şərh edən Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib.

Əlizadə əmindir ki, Ukraynada xalqı “Rusiya müharibəyə başlayacaq qorxusu” ilə itaətdə saxlamağa çalışırlar: “Məsələn, Kiyevdə hakimiyyətdə oturanlar elan edirlər ki, Rusiya ilə müharibə aparırlar. Amma Ukrayna Rusiyadan neft və qaz alır. Həmçinin donuz əti və başqa şeylər də alırlar. Odur ki, bu çox qəribə müharibədir”.

Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox ordu toplamasına gəldikdə Araz Əlizadə deyir ki, Kiyevlə müharibə üçün ruslara 100 minlik ordu lazım deyil:

"Rusiya hərbi hissəsi Belqradda da durub. Burada böyük hərbi hissə hər zaman olub. Ukrayna buna şərait yaratmaq istəyir. Ukrayna tərəfi Minsk müqaviləsinə sadiq deyil. Əgər bunu istəmirsənsə, buyur, ondan imtina et. Amma etmirlər. Niyə? Çünki bu halda Rusiyaya qarşı sanksiyalar götürüləcək”.

Araz Əlizadə deyib ki, Ukraynada bəlli qüvvələri hakimiyyətə gətirən Vaşinqton və müttəfiqlərinin məqsədləri var:

“ABŞ və Avropa çalışır ki, Kiyevi Rusiyaya qarşı yönəltsin. Üstəlik Qərb çalışır ki, silahlarını da Ukraynaya yerləşdirsinlər. Bu durumda Rusiyaya müdafiə olunmaq çətin olacaq. Çünki bu halda Ukraynadan Rusiyaya zərbə endirmək cəmi 5 dəqiqə çəkəcək. Bunun qarşısında da dayanmaq çox çətindir”.


Müəllif: Nemət

Oxşar xəbərlər