Azərbaycanda Sakit Okean Alyansının regional ofisinin açılışı baş tutub.
Kolumbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Kardenas Teleqraf.com-a açıqlamasında SOA-dan danışıb:
"Bu gün Sakit Okean Alyansının konfrans zalının açılışını həyata keçirdik. Bu konfrans zalının açılışı zamanı Xarici işlər nazirinin müavini Elnur Məmmədov, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev iştirak edib. Bu Kolumbiya və alyansa üzv olan digər ölkələrin Meksika, Çili, Perunun Azərbaycanla əməkdaşlığa verdiyimiz dəyərin bariz nümunəsidir.
Konfrans zalının açılışı ilə bağlı Çili, Meksika və Kolumbiya olaraq Azərbaycana dostluq və sülh mesajlarını çatdırdıq. Azərbaycana böyük dəyər veririk. İki nazir müavinin açılışda iştirakı Azərbaycanın bizə verdiyi dəyərin bariz nümunəsidir. Burada millət vəkilləri də iştirak etdilər. Qonaqların hər birinə iştirak etdikləri üçün təşəkkür edirəm".
Qeyd edək ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, rəsmi şəxslər və millət vəkilləri iştirak ediblər.