14 Dekabr 2021 11:37
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan iki günlük işgüzar səfərlə Brüsselə gedib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Nikol Paşinyan Brüsseldə keçiriləcək “Şərq Tərəfdaşlığı”nın altıncı sammitində iştirak edəcək. Tədbir çərçivəsində Ermənistan Baş nazirinin avropalı tərəfdaşlarla ikitərəfli görüşləri nəzərdə tutulub.

Baş nazir, həmçinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə təkbətək danışıq aparacaq.

Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanın, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Azərbaycan Prezidenti İlham Əliyevin üçtərəfli görüşü planlaşdırılır.


Müəllif: Səxavət

Oxşar xəbərlər