Xankəndi şəhər 4 saylı orta məktəbi Ramanı qəsəbəsində Şuşa şəhərçiyi kimi tanınan ərazidə fəaliyyət göstərir. Bu məktəb 2013-cü ildə bərpa olunarkən orada 300 şagirdin təhsil alması nəzərdə tutulurdu. Hazırda məktəbdə 1400 şagird təhsil alır.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Tural Gəncəliyev deyib.
O bildirib ki, artıq 4 saylı Xankəndi şəhər orta məktəbində yer olmadığı üçün şagirdlər başqa məktəblərə getməli olurlar:
“Biz Xankəndi şagirdlərinin keyfiyyətsiz təhsil almasına imkan verə bilmərik. Təklif edirəm ki, 4 saylı məktəbin ərazisində əlavə tədris kompleksi və ya modul tipli bina tikilsin”.