“Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri Brüsseldə keçirilən görüşdən çox şey gözləyirlər. Biz regionda sabitliyin təmin olunması baxımından Rusiyanın dəstəyini həmişə hiss etmişik və ümid edirəm ki, bundan sonra da görəcəyik”.
Bunu ADA Universitetinin rektoru Hafiz Paşayev dekabrın 16-da “İnteqrasiya prosesi çərçivəsində Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri” mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçuku tədbirdə görməkdən məmnundur.
H.Paşayev Azərbaycan-Rusiya əlaqələrinin dərin kökləri olduğunu deyib.
İnnovasiyalar və startaplardan danışan rektor yaxşı, müştərək işlər görməyin, tədqiqatlar aparmağın vacibliyini vurğulayıb və bunun elm və tərəqqi üçün səmərəli olduğunu qeyd edib. “Azərbaycan-Rusiya mütəxəssislərinin elm sahəsində müştərək tədqiqatlar aparması inteqrasiya prosesi çərçivəsində çox vacibdir”, - H.Paşayev bildirib./Report/