Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə və Ermənistan nümayəndələrinin münasibətlərin normallaşdırılması üçün ilk görüşü Moskvada keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
“İlk görüş Moskvada olacaq”, – deyə M.Çavuşoğlu 2021-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.
Türkiyə XİN başçısı qeyd edib ki, bu təklifi Ermənistan tərəfi irəli sürüb.
Bundan əvvəl Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə vəzifəsinə təyin edilib.
Türkiyə tərəfdən isə bu vəzifəni ölkənin ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıç icra edəcək.