28 Dekabr 2021 12:10
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

2021-ci ildə Azərbaycan xarici siyasətdə müsbət nəticələrə nail oldu. Ermənistanda Azərbaycanla münasibətlərin normallaşmasının vacib olduğunu anlayırlar.

Teleqraf.com-un məlumatına görə, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev qurumun illik fəaliyyətinin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu mənada xüsusilə Soçi görüşünü qeyd etmək olar: "Eyni zamanda Ermənistanın Baş naziri Nikol Paşinyan son mətbuat konfransında pozitiv mesajlar verdi. Amma onun populist olduğunu da unutmamalıyıq. Bununla belə, Paşinyan və ətrafı Ermənistanın perspektivlərinin məhdud olduğunu, yeganə çıxış yolunun Azərbaycanla münasibətlərin normallaşması olduğunu başa düşür".

Fərid Şəfiyev vurğulayıb ki, Zəngəzur və Laçın dəhlizlərində tətbiq olunacaq qaydalar eyni olmalıdır.

Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanatda "Zəngəzur dəhlizi" ifadəsi olmasa da, "maneəsiz hərəkət" yer alıb. Hazırda Azərbaycan üçün Laçın dəhlizinə nəzarət daha vacibdir", - Fərid Şəfiyev qeyd edib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər