29 Dekabr 2021 10:30
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Paşinyan ağıllı adamdır, işini ustalıqla aparır, uğursuzluqları başqalarının üzərinə atır. Robert Köçəryan və Sərkisyanı ittiham edir. Deyir ki, vaxtilə siz gizli danışmısınız, amma əhalimizə heç nə deməmisiniz. Mən də bunları açıqlayıram”.

Bu sözləri Teleqraf.com-a politoloq Əli Abbasov deyib.

O qeyd edib ki, Ermənistanın baş naziri həqiqətən də çox incə siyasət aparır və bütün uğursuluğu rəqiblərinin üzərinə qoyur:

“Məsələn, deyir ki, baş nazir seçildikdən sonra sənədlərlə tanış olub. Minsk qrupu həmsədrləri ona nələrisə açıblar və özü şoka düşüb ki, erməni rəhbərləri niyə belə şeylərə gediblər. Biz unutmamalıyıq ki, Nikol Paşinyan həm də faktlara istinad edir. Deyir ki, mən gələndə hər şey həll edilib. Yapışmaq lazımdır Sərkisyan və Köçəryanın boğazından”.

Professor əmindir ki, bu addımlarla Paşinyan həm də əhalini keçmiş Ermənistan rəhbərlərinə qarşı qaldırır, onları nüfuzdan salır:

“Paşinyan konkret olaarq faktlara istinad edir. Erməni xalqı niyə ona inanmasın? Bunun üçün Sərkisyan deməlidir ki, Paşinyan yalan danışır. Paşinyan deyir ki, Kazan danışıqlarında belə olub, filan danışıqlarda bu cür olub. Sərkisyan nələrisə öz boynuna götürmüşdü, sonradan bundan qaçsa da, məsələyə qayıtmağa əl yeri qoyub. Hətta deyir ki, Sərkisyan bəlkə də buna görə vəzifədən qaçıb. Paşinyan fikirləri ilə müxalifəti sıradan çıxarıb. Özü də seçkidən sonra. Heç Ermənistanda seçki dövründə Paşinyan bunu demirdi. Halbuki onda reytinqi aşağı idi”.

Politoloq xüsusilə diqqəti Paşinyanın bu açıqlamalarını Brüssel görüşündən sonra verməsinə diqqət çəkib:

“Ehtimal edirəm ki, Brüsseldə İlham Əliyevlə başqa söhbətlər də olub. Mümkündür ki, Paşinyana Türkiyə ilə bağlı hansısa mesajlar da çatdırılıb. Əlbəttə, bunlar ehtimallardır. Amma Brüsseldən sonra Paşinyan danışmağa başlayıb”.


Müəllif: Nemət

Oxşar xəbərlər