3 Yanvar 2022 10:44
1 212
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Şuşanın bərpasını sürətləndirmək məqsədilə 2022-ci ili "Şuşa ili" elan etdi. Şuşa şəhərinin təməli 1752-ci ilə Pənahəli xan tərəfindən qoyulub. Bu il Azərbaycan xalqı tarixi Şuşa şəhərinin 270 illiyini qeyd edəcək.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır:

“Şuşa həm də bir çox dini abidələrlə zəngin tarixi şəhərlərimizdən biridir. Şuşa işğaldan azad olunduqdan sonra özünün yeni inkişaf mərhələsinə daxil olub. Ötən il Şuşada bir çox mədəni tədbirlər, festivallar keçirilib. Bu həm də Azərbaycan xalqının Prezident İlham Əliyevin rəhbərliyi ilə Şuşaya verdiyi əhəmiyyətin və dəyərin göstəricisidir”.

Millət vəkili bildirib ki, hazırda Şuşadakı dini-tarixi, mədəniyyət abidələrimiz sürətlə təmir və bərpa olunur:

“Şuşada yeni məscid, yaşayış binaları inşa olunur. Şuşa tezliklə dünyanın ən abad və gözəl şəhərlərindən birinə çevriləcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər