3 Yanvar 2022 19:42
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan “3+3” platformasının Türkiyədə keçiriləcək növbəti görüşündə iştirak etməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın Türkiyədəki səfiri Georgi Cancqava Türkiyə mediasına açıqlamasında deyib.

Səfir qeyd edib ki, Gürcüstan Türkiyə və Azərbaycanı strateji tərəfdaşları kimi, Ermənistanı isə tarixi qonşusu kimi görür.

Bununla belə səfir, “altılıq platforma”sı iştirakçılarından olan Rusiyanın Gürcüstan ərazilərinin 20 faizini işğal edən bir ölkə olduğunu vurğulayıb.

Xatırladaq ki, “altılıq platforması”nın ilk iclası dekabrın 10-da Moskvada keçirilib.

İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər