7 Yanvar 2022 11:32
10 338
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qazaxıstanın böyük bir böhranla üzləşib, təbii qaz qiymətlərinin artması səbəbindən başlayan ictimai nümayişlər ölkənin siyasi mərkəzlərinə qədər yayılıb”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin təhlükəsizlik mütəxəssisi Abdullah Ağar deyib.

Ekspert baş verənlərin qiymət artımı məsələsindən uzaq olduğunu bildirib.

Ağar qeyd edib ki, Qazaxıstandakı bəzi fiqurlar bunun inqilab olduğunu, məqsədlərinin hakimiyyəti devirmək olduğunu deməyə başlayıblar.

Verilən açıqlamaların “Ərəb baharı” və “narıncı inqilab”ları yada saldığını bildirən Ağar baş verənlərdən sonra Prezident Tokayevin KTMT-dən kömək istədiyini bildirib. Bundan sonra hadisənin gedişatının dəyişdiyini qeyd edən Ağar söyləyib: “Ölkəyə müdaxilə olundu. 3 minə yaxın Rusiya, 1500 Belarus, 300 Qazaxıstan, 150 Özbəkistan və 70 Ermənistan hərbçisi proseslərə müdaxilə etdi”.

Ağar yaşanan gəlişmələr arasında ən qorxunc amilin bir türk dövlətinin belə təsir altına düşməsi olduğunu deyib:

“Rusiyanın bu cür davranışlarının nə kimi nəticələrə gətirib çıxaracağını ehtimallarla təxmin etmək olar. Bu nöqtədə nə baş verəcək? Qazaxıstanın, türk dünyasının gələcəyi necə olacaq və geosiyasi baxımdan hansı məhdudiyyətlər yaradacaq? Bütün bunlar son dərəcə əhəmiyyətlidir”, - ekspert vurğulayıb.

Ağar bildirib ki, türk dünyası üçün böyük ümidlərin yarandığı vaxt təxminən üç milyon kvadrat kilometrlik bir coğrafiya bu qeyri-sabitlik səbəbiylə xarici təsirlərlə üzə-üzə qalıb:

“Ən yaxşısını Tokayev bilir ki, bu, Rusiyanın hiyləsi idi, Rusiya fürsətdən istifadə etdi, yoxsa Qərbin manipulyasiyasına Rusiya müqavimət göstərdi? Baş verənləri dəqiq oxumaq son dərəcə çətindir, amma bir fakt var ki, ölkə hazırda müdaxilə ilə üz-üzədir və bu müdaxilə Rusiya tərəfindən həyata keçirilib. Gedəcəklərmi, qalacaqlarmı, bu çıxış və qalma prosesləri zamanı Türkiyə və türk dünyası nələr edəcək - bunlar son dərəcə əhəmiyyətlidir. İndi biz bunu qabaqcadan görə bilərik; Rusiya şərqdə, qərbdə və cənubda Ukraynaya qarşı qalxan formalaşdırır. Belarus, Qazaxıstan, Qarabağ - bütün bu məsələlər bu qalxanla bağlıdır”.

Abdullah Ağar fikrini belə yekunlaşdırıb:

“Türklük, türk dünyası geosiyasi reallıqdır, onun demoqrafik bazası və topoqrafik sahəsi var, indi iradə və qətiyyət lazımdır. Bu, təsir və çəkindirici vasitəyə çevrilməlidir və bu məqamda Qazaxıstan məsələsi türk dünyası və Türk Dövlətləri Təşkilatı üçün sınaq nöqtəsi olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər