Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə-Azərbaycan əlaqələrinin bərpasının 30 illiyi münasibətilə mesaj verib.
Teleqraf.com xəbər verir ki, Türkiyənin baş diplomatı bu barədə sosial şəbəkədə yazıb.
“Bu gün Can Azərbaycanla diplomatik əlaqələrimizin bərpasının və qardaşlarımıza qovuşmağımızın 30 illiyidir. Həmişə kədərdə də, sevincdə də bir yerdəyik, bundan sonra da bir yerdə olacağıq. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı”, - Çavuşoğlu bildirib.