17 Yanvar 2022 00:14
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, mənim Azərbaycana ilk səfərimdir. Azərbaycana gəldiyim üçün çox məmnunam. İnanıram ki, əlaqələrimiz mütəmadi şəkildə inkişaf edəcək.

Teleqraf.com xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Monteneqro parlamentinin sədri Aleksa Beçiç deyib.

Aleksa Beçiç söyləyib: “Azərbaycan-Monteneqro əlaqələri parlamentlər səviyyəsində də inkişaf edir. Bu əlaqələrin bir çox digər istiqamətlərdə də inkişafı üçün imkanlar var. Ölkələrimiz arasında əlaqələr yeni qurulsa da, inanırıq ki, bu münasibətlər daha da inkişaf edəcək. Bizim bu səfərdən gözləntilərimiz çoxdur”.


Müəllif: Teleqraf.com