14 Fevral 2022 11:08
1 172
12 Punto 14 Punto 16 Punto 18 Punto

Professor Tahirə Allahyarova Sosial Tədqiqatlar Mərkəzinin hazırladığı kitab təqdimatına həsr edilmiş konfransda "Ölkəmizə qarşı qlobal dezinformasiya şəbəkəsində erməni faktoru" adlı məruzə ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, çıxışda Ermənistanın dostu olan ölkələr və diaspor muzdlularının revanşizm strategiyası ətrafında səfərbər olması planının olduqca intensiv fazaya daxil olması faktlar əsasında təqdim edilib.

STM rəsmisi qeyd edib ki, son otuz ildə Qarabağ və Ermənistanın siyasi korrupsiya rejiminə milyardlar ayıran dünya erməniliyi Qarabağ məğlubiyyətindən sonra bütün gücünü qlobal araşdırmaçı insan hüquq-müdafiə təşkilatlarına sızmaq üçün səfərbər edib: "Onların əsas məqsədinin Azərbaycan dövlətinin imicinin beynəlxalq aləmdə hibrid informasiya müharibəsi və saxta xəbərlərlə “demonizasiyası”, informasiya məkanında nüfuzdan salmağa cəhd etməsi, ölkə daxilində 5-ci kolonu səfərbər etməklə ictimai rəyi manipulyasiya etməsi, Zəfərimizin təməl şərtlərindən olan ictimai-siyasi sabitliyimizi pozmaq yönündə yeni üsullara əl atması ətraflı təhlil edilib".

T.Allahyarova bildirib ki, qlobal anti-Azərbaycançı şəbəkənin miqyası, bir tərəfdən dünya güclərinin dəstəyinə, bütün ölkələrdə dayaq nöqtələrinə, yüksək mütəşəkkilliyə, nəhəng siyasi, iqtisadi, texnoloji resurslara malik olması, dövlətimizə qarşı gecə-gündüz aparılan aşkar və gizli fəaliyyəti şəraitində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin hərbi sərkərdəliyi və siyasi liderliyi altında xalqımızın Vətən müharibəsində qazandığı Zəfərin möcüzəyə bərabər strateji əhəmiyyətini, tarixi dəyərini, xalqımızın bu şəbəkənin bütün hədəfləri üzərindən xətt çəkərək qalib çıxmağa qadir olmasının bütün möhtəşəmliyi ilə sübut edir: "Digər tərəfdən, mövcud vəziyyət bütün potensial və resurslarını yüz dəfələrlə artırmaqla revanş götürməyə cəhd edən məğlub qüvvələrin apardığı və planlaşdırdığı yeni təhdidlərə bizim hər zaman hazır olmağımızı çevik və anında veriləcək cavab addımlarının atılması ilə bağlı fəaliyyət həyata keçirməyimizi diqtə edir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər