10 Mart 2022 19:26
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya və Ukraynanın hərbi qüvvələr nisbətini götürsək, görərik ki, bu müharibənin qalibi Ukraynadır. Rusiya bu addımı ilə qazanmaq istədiklərindən on dəfə çox uduzub. Proseslər bu səpkidə davam edəcəksə, çox güman ki, Rusiya məğlub vəziyyətə düşəcək”.

Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasınn sədri Sərdar Cəlaloğlu bildirib.

Partiya sədri deyir ki, indi beynəlxalq ictimaiyyət çalışır ki, Rusiya bu prosesdən simasını qorumaqla çıxa bilsin.

Onun sözlərinə görə, indiki halda kompramistə gəlmək mümkündür:

“Söhbət hansı kompramistdən gedə bilər? Ukrayna NATO-ya daxil olmaqdan imtina edər, tərəfsiz dövlət statusuna keçər. Bunun əvəzində Rusiya onun torpaqlarını qaytarar, Krım və Donbasla əlaqədar isə ikili idarəetmə formatı və ya Ukrayna tərkibində muxtariyyət məsələsində razılaşma ola bilər".

Sərdar Cəlaloğlu əmindir ki, bu müharibənin Rusiya üçün hər hansı bir uğurlu perspektivi yoxdur:

“Hətta Rusiya Kiyev başda olmaqla iri şəhərləri işğal edə, tuta bilər. Vacibi odur ki, ukraynalılar heç vaxt işğal faktı ilə barışmayacaq və ruslara qarşı mübarizə aparacaq. Bu o deməkdir ki, Rusiya Ukraynanı udsa belə, onu həzm edə bilməyəcək. Üstəlik də Ukraynada rus əsgəri olduğu dövrlərdə Rusiyaya qarşı sanksiyalar aradan qaldırılmayacaq. Bu isə Rusiyanın məhvi deməkdir. Bu mənada vəziyyəti düzəltmək, sanksiyaları yüngülləşdirmək üçün Rusiya Ukraynanı tərk etməlidir. Bunu da elə etmək lazımdır ki, Rusiya maksimal biabır olmasın. Hazırda ruslar bütün dünyada təkləniblər”.


Müəllif: Nemət

Oxşar xəbərlər