Fransanın Paris şəhərində Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyevanın sədrliyi ilə AŞPA-nın Uşaqlar üzrə alt komitəsinin iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə “AŞPA-nın təklif etdiyi uşaqların müdafiəsi siyasəti”, “Uşaqların iştirakı üzrə Baş Məruzəçinin səlahiyyətlərin təsdiqi” və digər məsələlər müzakirə olunub.
Daha sonra AŞPA-nın Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında “Peyvənd tərəddüdləri: əsas ictimai sağlamlıq problemi”, “Covid-19 pandemiyasına qarşı mübarizənin yetkinlik yaşına çatmayanların və gənclərin psixi sağlamlığına təsirinin nəzərə alınması”, “Sənədsiz işçilərin sağlamlığı və sosial müdafiəsi”, “Təhlükəsiz tibbi təchizat zəncirlərinin təmin edilməsi” və digər mövzular müzakirə olunub.