26 Avqust 2022 00:36
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Avrasiya məkanında gedən inteqrasiya proseslərini diqqətlə izləyir, bu, çox yaxşıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla görüşü zamanı deyib.

“Çox gözəldir ki, Azərbaycan inteqrasiya proseslərini diqqətlə izləyir. Biz Avrasiya İqtisadi İttifaqının inteqrasiya məkanında işlədiyimiz sahələrin bütün spektrini hörmətlə göstərəcəyik”-deyə, o bildirib.

O, Ə. Əsədovla görüşünün ilk dəfə Avrasiya Hökumətlərarası Şurasının iclasına təsadüf etdiyini qeyd edib.

Azərbaycanın Baş naziri Rusiya Federasiyası Hökumətinin sədrinə təşəkkür edib:

“Sizə şəxsən təşəkkür edirəm, uzun müddətdir ki, siz Azərbaycanın bu görüşlərdə iştirak etməsi üçün hər zaman səy göstərmisiniz. Buna görə Sizə səmimi qəlbdən minnətdaram”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər