Xarici İşlər Nazirliyi Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümü münasibətilə paylaşım edib.
Teleqraf.com xəbər verir ki, XİN-in tviter səhifəsində qeyd olunub:
“Bu gün Azərbaycan və BƏƏ arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd olunur. Bu münasibətlə BƏƏ hökuməti və xalqına ən xoş diləklərimizi çatdırırıq. Azərbaycan-BƏƏ əməkdaşlığının daha da inkişafını səbirsizliklə gözləyirik”.