ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker Bakıda Şəhidlər Xiyabanını ziyarət edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi Tvitterdə məlumat yayıb.
“ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Şəhidlər xiyabanında ehtiramını bildirib. Münaqişə nəticəsində yaxınlarını itirən ailələrə və yaxınlara başsağlığı veririk”, - o qeyd edib.