15 Sentyabr 2022 08:00
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Təhlükəsizlik Şurası (TŞ) sentyabrın 15-də son günlər vəziyyətin ciddi şəkildə pisləşdiyi Azərbaycan və Ermənistan sərhədindəki vəziyyəti müzakirə etmək üçün yenidən toplaşacaq.

Teleqraf.com xəbər verir ki, bu, Təhlükəsizlik Şurasının çərşənbə günü dərc olunmuş iş proqramında qeyd olunub.

Çərşənbə günü sərhəddəki vəziyyət Şuranın qapalı məsləhətləşmələrində artıq müzakirə edilib, cümə axşamı müzakirələr açıq rejimdə keçiriləcək.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər