“Ermənistan beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirir, regionda kommunikasiya və nəqliyyat yollarının açılması prosesinə maneələr yaradır”.
Teleqraf.com xəbər verir ki, bunu bu gün Milli Məclisin sədri Sahibə Qafarova İndoneziyanın paytaxtı Cakarta şəhərində keçirilən "Böyük iyirmilik" (G20) ölkələrinin parlament sədrlərinin 8-ci Sammitində çıxışında bildirib.
Sahibə Qafarova deyib ki, Ermənistanın sonuncu dəfə - bu il sentyabrın 13-də törətdiyi hərbi təxribatlar da normallaşma prosesinə əngəl törədir: “Bu cür davranışlar pislənilməlidir. İndi ən vacib məsələ münasibətlərin normallaşması prosesini pozacaq hərəkətlərdən çəkinməkdir. Çünki bu, regionda uzunmüddətli sülh və sabitliyin təmin olunmasının yeganə yoludur.”.