18 Oktyabr 2022 13:52
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

18 oktyabr Azərbaycan xalqının tarixinə şərəf, qürur və iftixar hissilə yazılmış müqəddəs bir gündür. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş Müstəqillik Aktı Azərbaycanın bir dövlət kimi dünyada tanınmasında həlledici rol oynadı. Bundan sonra Azərbaycan dünyanın nəhəng dövlətlərilə ikitərəfli, bərabərhüquqlu və diplomatik münasibətlər yaratmağa başladı, nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən, Birləşmiş Millətlər Təşkilatına üzv oldu.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O hesab edir ki, ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə siyasi hakimiyyətə qaydışından sonra parçalanma təhlükəsi ilə üzləşən Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələ başlandı: “Ümummilli lider Heydər Əliyev dövlətiçiliyimizi əbədi, sarsılmaz və qüdrətli etmək üçün hər şeyi etdi. Azərbaycanın müstəqilliyini dünya müstəvisində reallığa çevirdi. Böyük şəxsiyyət öz dərin zəkası, iti ağlı və mətin iradəsi ilə Azərbaycanımızı yüksəltdi, qorudu, müstəqilliyini yaşatdı və əbədiləşdirdi”.

Millət vəkili Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çiçəklənən, müstəqil Azərbaycanın öz ərazi bütövlüyünü təmin edərək möhkəmlənməsindən bəhs edib: “Bu mənada Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun 30 illik həsrətə son qoyaraq, işğal altında olan torpaqların düşmən tapdağından azad etməsi müstəqillik tariximizin ən şanlı səhifəsi hesab edilir. Artıq Azərbaycan dünyanın hesablaşdığı, yeni reallıqların müəllifi kimi çıxış edən qüdrətli dövlətlərdən birinə çevrilib. Bu gün biz müstəqil, bütöv, azad, şanlı Azərbaycanın Müstəqilliyini qeyd edirik. Artıq dost da, düşmən də, hər kəs bilir ki, müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər