31 Oktyabr 2022 17:24
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Soçidə keçiriləcək üçtərəfli görüş ərəfəsində erməni lobbisinin təsiri altında olanlar daha da aktivləşiblər. İrəvan daxil olmaqla fərqli paytaxtlardan gələn açıqlamalar sülh deyil, daha çox yenidən münaqişə istiqamətinə fokuslaşıb. Praqa sammitində əldə edilən razılaşmadan sonra nəinki Rusiya və İran paytaxtlarında, Cənubi Qafqazda da sülhün əldə edilməsinə qarşı təbliğat aparılır, hətta bəzi dairələr yenidən münaqişənin alovlanmasında da maraqlı görünürlər.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O qeyd edib ki, Praqada Ermənistan Alma-Ata Protokoluna əsasən Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb:

“21 dekabr 1992-ci il tarixində MDB-yə üzv olacaq 11 ölkənin imzladığı bu sənədlə dövlətlər qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünü tanıyıblar. Ermənistanın o zamankı prezidentinin imzası da məhz ölkəsininin MDB dövlətlərinin ərazi bütövlüyü və suverenliyini tanıması demək idi”.

Vüqar Bayramov sonradan Ermənistan digər beynəlxalq qətnamələrə məhəl qoymadığı kimi, öz simasını da unutduğunu xatırladıb:

“Amma Praqada dörd tərəfli görüşün yekun açıqlaması məhz İrəvanın həmin sənədə yenidən qayıtması anlamına gəlirdi. Bu isə deməkdir ki, revanşist meyillərə baxmayaraq İrəvan üçün də Qarabağ Azərbaycandır. Ancaq Qarabağ hər zaman Azərbaycanın olacaq".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər