15 Dekabr 2022 16:49
1 583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağda yaşayan erməni separatçılarının Azərbaycanın təbii sərvətlərini talan etməsinə, ekoloji terror siyasətinə qarşı vətəndaş cəmiyyəti inistitutları təmsilçilərinin, fəal vətəndaşların Şuşa-Xankəndi yolundakı etirazının 4-cü günüdür. Burada əsas tələblər Azərbaycanın müvaqfiq dövlət qurumlarının ərazilərdə monitorinq aparması üçün şəraitin yaradılmasıdır. Amma buna hələ də imkan yaradılmayıb. Həmçinin bu məsələni həll etmək üçün rus sülhməramlı qüvvələrin rəhbəri Andrey Volkoy askiyaçıların qarşısına çıxmayıb.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O hesab edir ki, günlər keçdikcə bu etiraz dalğasında səslənən tələblər də öz mahiyyətini dəyişməyə başlayır:

“İndi əsas məsələlərdən biri Laçın dəhlizinin necə fəaliyyət göstərməsidir. Bu məsələ gündəmə gətirilməlidir. Çünki bu marşurutla faktiki olaraq qanunsuz silah-sursat və minalar daşınır. Eyni zamanda casus şəbəkələri də bu yoldan öz istədikləri kimi istifadə edir. İranın cəsus şəbəkəsinin məhz bu yoldan istifadəsi də faktlarla öz təsdiqini tapıb”.

Millət vəkilinə görə, Şuşa-Xankəndi yolunda səslənən tələblər mahiyyət etibarı ilə dəyişərək 10 noyabr 2020-ci il razılaşmasının 4-cü bəndinin icrası məsələsi irəli sürülməlidir:

“Həmin bəndin bir hissəsi icra edilib. Yəni, bölgəyə rus sülhməramlı qüvvələri gəlib. Amma ərazidən qeyri-qanuni erməni silahlı birləşmələrinin çıxarılması məsələsi həll edilməyib. Belə olan halda üçtərəfli razılaşmanın 4-cü bəndinə yenidən baxılmalıdır. Bu bənd tam icra edilmirsə, onun ləğvi artıq labüd olacaq. Əgər rus sülhməramlıları ərazidə qalan qanunsuz erməni silahlı birləşmələrini çıxara bilmirsə, beləliklə razılaşmanın 4-cü bəndinin ikinci hissəsi icra edilməmiş qalır. Belə olduğu halda həmin bəndin birinci hissəsinin icrasına da ehtiyac qalmır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər