6 Fevral 2023 15:56
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Düşünürəm ki, İrandakı səfirliyimizdə törədilən terror planlaşdırılmış şəkildə olan addımdır”.

Teleqraf.com-un xəbərinə görə, bunu Azərbaycanın İrandakı Səfirliyinin mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyev Xarici İşlər Nazirliyinin (XİN) inzibati binasında keçirilən brifinqdə deyib.

O, xəbərlərdə terrorçunun səfirliyə həyat yoldaşını axtarmağa gəldiyi barədə məlumatları oxuduğunu bildirib: “Bu, tamamilə yalandır. Əgər həyat yoldaşını axtarırdısa, bu barədə səfirliyə hər hansı bir sorğu və məlumat daxil olmalı idi”.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə isə bildirib ki, mətbuatda guya cinayətkarın səfirliyə iki azyaşlı uşağı ilə gəldiyinə dair xəbər yayılmışdı: "Amma videodan da göründüyü kimi, bu, planlaşdırılmış terror hücumudur. Səsləndirilən bəyanatların heç bir əsası yoxdur. Bu terrorçuların cəzalandırılmasını İrandan tələb etmişik. Lakin indiyədək İran heç bir əsaslı cavab verməyib".


Müəllif: Teleqraf.com