22 Mart 2023 18:37
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan yaxın vaxtlarda Rusiya xarici işlər naziri Sergey Lavrov və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla üçtərəfli görüşün keçirilməsinin mümkün olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, o, görüşün təşkili məsələsinin martın 20-də Moskvada Sergey Lavrovla danışıqlarında müzakirə olunduğunu deyib.

Nazir xatırladıb ki, dekabrın 23-də Ermənistan tərəfi Azərbaycanın Laçın dəhlizini "blokadaya alması səbəbindən" üçtərəfli görüşdə iştirakını təxirə salıb.

Ermənistan XİN başçısı İrəvanla Bakı arasında danışıqların onlayn rejimdə aparıldığını, tərəflərin sülh müqaviləsi layihəsi ilə bağlı təkliflər mübadiləsi apardığını vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər