26 Mart 2023 09:55
2 179
12 Punto 14 Punto 16 Punto 18 Punto

Orucu yalnız qida qəbul etmək pozmur. Yalan danışmaq, insanları aldatmaq, dedi-qodu ilə məşğul olmaq, xəbər aparıb-gətirmək və digər günah əməllər də orucu pozur.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı dinşunas alim Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, oruc cismən, fikrən və əmələn tutulmalıdır:

“Məhəmməd Peyğəmbər buyurub: "Kim yalan danışmaqdan və bu yalana əməl etməkdən əl çəkməsə, yeməyini və içməyini tərk etməsinə Allahın ehtiyacı yoxdur".

Alim hesab edir ki, İslam ibadətlərinin əsas məqsədlərindən biri insanların mənən saflaşması, paklaşması və günahlardan arınmasıdır:

“Bir sözlə oruc yalnız mədə ilə deyil, əməllə də tutulmalıdır. Yuxarıda da qeyd olunduğu kimi, əgər bir insan oruc tutursa ancaq bu onun əməllərində özünü göstərmirsə onun bütün günü ac qalmasına Allahın ehtiyacı yoxdur. Allah bütün oruc və duaları qəbul etsin! Ölkəmizi və xalqımızı qorusun!".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər