28 Mart 2023 23:29
6 422
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Millət vəkilinə atəş açılması ağır hadisədir".

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Fazil Mustafaya qarşı silahlı hücum barədə danışarkən deyib.

Onun sözlərinə görə, Fazil Mustafaya maşından düşdüyü anda avtomatla atəş açıblar: "Hüquq-mühafizə orqanları tez bir zamanda cinayətkarın tapılması istiqamətində tədbirlər həyata keçirəcək. Bu cinayətin üstü açılacaq və layiqli cəzasını alacaq. Görünür, Azərbaycanın ictimai-siyasi həyatında qorxu mühiti yaratmaq istəyən qüvvələr var. Bu yolla nə millət vəkilini, nə dövlət adamını, nə də jurnalisti qorxutmaq olmaz. Bu, iyrənc bir terror aktıdır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər