1 Aprel 2023 17:47
10 724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə Azərbaycan Ordusunun öz ərazisində gördüyü işlərin heç bir əlaqəsi yoxdur. Çünki sülh müqaviləsi iki dövlət arasında imzalanacaq. Ona görə də, Azərbaycanın daxili məsələlərinə Ermənistanın müdaxiləsi heç bir halda ola bilməz.

Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

O qeyd edib ki, Avropa İttifaqının Ermənistan ərazisində olan “missiyasının” də indiki mərhələdə proseslərə müdaxilə imkanları yoxdur:

“Çünki onların Ermənistan ərazisində otura-otura Azərbaycan ərazisində baş verən dəyişikliklər və ordunun yerdəyişməsi ilə bağlı nəsə bir fikir bildirməsi yersizdir. Əslində Azərbaycan Ordusu özünün hərəkət istiqamətləri üzrə işlər görür. Sözsüz ki, Laçın yolunun girişində Azərbaycan tərəfindən nəzarət-buraxılış məntəqəsinin qurulması istiqamətində addımlar atılır”.

Politoloq hesab edir ki, yaxın günlərdə nəzarət-buraxılış məntəqəsinin qurulması ilə bağlı xəbərlər eşidilə bilər:

“Son zamanlar ABŞ-ın xətti ilə tərəflər arasında sülh müstəvisində səslənən təşəbbüslər da diqqətdən yayına bilməz. Buna adekvat olaraq Rusiya tərəfi də yenidən prosesdə aktiv yer almağa çalışır. Hazırkı mərhələdə Rusiyanın Azərbaycanla Ermənistan arasında birbaşa danışıqların aparılması ilə bağlı açıqlaması onların məcburiyyətdən bildirdiyi bir mövqedir. Çünki dünənə qədər Rusiya onun iştirakı ilə danışıqların getməsini istəyirdi”.

Zərdüşt Əlizadəyə görə, tərəfli danışıqlar üçtərəfli danışıqlardan daha əhəmiyyətlidir:

“Çünki üçtərəfli danışıqlarda hansısa bir üçüncü tərəfin mövqeyi nəzərə alınır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər