Ramazan ayı həm də sosial yardımlaşma ayıdır. Bu ayın feyz və bərəkətindən bəhrələnmək üçün daha çox yardımlaşaq, imkansız insanlara əl tutaq, imkan daxilində onlar üçün iftar məclisləri təşkil edək.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, dinşunas alim Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, Məhəmməd Peyğəmbərdən (s) rəvayət olunan bir hədisdə buyurulur:
“Kim bir orucluya iftar verərsə (etdirərsə) orculu qədər savab qazanar. Oruclunun savabından da heç nə əskilməz”.
Alim bildirib ki, ölkəmizin daha güclü olması, müstəqilliyimizin, ərazi bütövlüyünün möhkəm qorunması, düşmənlərimizin hiylə və şərrindən hifzi üçün Allaha daha çox dua edək:
“Allah bütün dua və orucları qəbul etsin, dövlətimizi və xalqımızı qorusun!“.