19 Aprel 2023 23:26
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını dəstəkləyir".

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin köməkçisinin müavini Erika Olson Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

Söhbət zamanı ABŞ Dövlət katibi Antoni Blinkenin rolu xüsusi qeyd olunub.

Görüşdə regional məsələlər, Azərbaycan ilə ABŞ arasında ikitərəfli siyasi əlaqələr, o cümlədən enerji, bərpa olunan enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər