27 Aprel 2023 23:26
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Sahibə Qafarova və Mustafa Şentop “Əməkdaşlıq Protokolu” imzalayıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop özünün "Twitter" səhifəsində yazıb.

"Azərbaycan Milli Məclisinin sədrini, əziz dostum Sahibə Qafarovanı və onu müşayiət edən nümayəndə heyətini Qazi Məclisimizdə qonaq etdik.

Təkbətək və nümayəndə heyətləri arasında keçirdiyimiz görüşlərdə “iki dövlət, bir millət” devizi ilə qurduğumuz əlaqələrimizin yüksələn xətlə davam etməsindən qarşılıqlı olaraq məmnunluğumuzu ifadə etdik.

İnanıram ki, danışıqlarımızın sonunda iki ölkə arasında imzaladığımız "Əməkdaşlıq Protokolu" parlamentlərimiz arasında sıx təmasların davam etdirilməsinə, bütün sahələrdə əməkdaşlığa böyük töhfə verəcək", - deyə M.Şentop bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər