Mayın 3-də ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında üçtərəfli görüş keçirilib.
Teleqraf.com xəbər verir ki, regional təhlükəsizlik və sabitlik, Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesi ilə bağlı məsələlər müzakirə olunub.