11 May 2023 19:25
1 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ötən gecə erməni silahlı birləşmələrinin Azərbaycan mövqelərini intensiv silah atəşinə tutuması və hərbi qulluqçumuzun şəhid olması bölgədə vəziyyəti məqsədli şəkildə gərginləşdirmək cəhdidir. Ermənistanın atışma zamanı snayperlərdən istifadə etməsi bunu bird aha sübut edir. Təəssüf ki, Ermənistan rəhbərliyi bir tərəfdən sülhün təmin edilməsinə hazır olduqlarını bəyan edir, digər tərəfdən isə erməni hərbçilər bu cür təxribata yol verirlər. Belə çıxır ki, ya Ermənistanın hökumət nümayəndələri yalan danışır, ya da erməni hərbçiləri rəhbərliyi saymır, onlara tabe olmur”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Onun sözlərinə görə, xarici işləri nazirlərinin Vaşinqton görüşündə Ermənistanın ağır vəziyyətə düşməsi və bu ölkədən Azərbaycanın ərazi bütövlüyünü tanınmasının tələb olunması rəsmi İrəvanı çıxılmaz duruma salıb: “Təbii ki, müəyyən xarici qüvvələr Cənubi Qafqazda vəziyyətin gərginləşməsində maraqlıdırlar. Onlar bölgədə sülhün olmasını istəmirlər və bu niyyətlərini ermənilərin vasitəsilə həyata keşirməyə çalışırlar. Ermənistanın təxribatlarının arxasında maraqlı qüvvələrin də dura biləcəyi istisna olunmur. Görünür, ötən gün Şuşada ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı keçirilən atəşfəşanlıq da erməniləri yaman qıcıqlandırıb. Burada mən diqqətinizi bir məqama da yönəltmək istərdim. Məlumatlardan aydın olur ki, atışma Kəlbəcərin Zod qızıl yatağı istiqamətində baş verib. Bu qızıl yatağını Rusiya şirkəti istismar edib. Azərbaycan Kəlbəcəri azad edəndən sonra o yataqda, demək olar ki, işlər dayanıb. Erməni baş nazirin Moskva səfərindən dərhal sonra, məhz Zod yatağı istiqamətində atəşkəsin pozulması da düşündürücüdür”.

Politoloq hesab edir ki, Ermənistan baş naziri Nikol Paşinyanın 14 may və 1 iyunda Azərbaycan Prezidenti İlham Əliyevə nəzərdə tutulan görüşlərindən öncə belə bir təxribatın baş verməsi olduqca düşündürücüdür: “Ermənistanın həm siyasi hakimiyyətində, həm də ordusunda xərcmərclik, xaos var. Ermənistanda hakimiyyətlər dəyişsə də, Azərbaycana qarşı düşmənçilik, siyasi riyakarlıq dəyişməz olaraq qalır. Təbii ki, Azərbaycan Ordusu təxribat törədən erməni hərbçilərinin cavabını verdi, onlar susduruldu. Qisas əməliyyatları davam edəcək. Yaxşı olardı ki, Ermənistan rəhbərliyi söz verdikləri öhdəlikləri yerinə yetirsin, Azərbaycanın sülh təkliflərini qəbul etsin. Ermənistan sənəd üzrəində, konkret bəndlərlə Azərbaycanın ərazi bütövlüyünü tanımalı, ölkəmizin daxili işlərinə qarışmaqdan, konkret olaraq Qarabağdakı erməniləri separatizmə sürükləmək siyasətindən əl çəkməlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər