12 May 2023 14:50
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz, “İctimai iştirakçılıq haqqında” Qanunu qəbul eləmişik və onun formalarını müəyyənləşdirmişik. Söhbət ondan gedir ki, bunlar ictimai şuralar, ictimai müzakirələr, ictimai dinləmələr, qanun layihələrinin ictimai müzakirəsi və yazılı məsləhətləşmələrdir. Yəni ictimai iştirakçılığın bir forması da ictimai müzakirədir”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “İctimai iştirakçılıq haqqında”qanununa edilən dəyişikliyin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Millət vəkili “biz, indi ictimai müzakirəni anlayışını geniş veririk”- deyə əlavə edib: “Yəni arayışda qeyd olunub ki, “Normativ hüquqi aktlar haqqında” qanuna uyğun olaraq bu edilir. Yəni hansı normaya istinad olunduğu qeyd olunmayıb. Amma söhbət 25-ci madədən gedir. Yəni “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun tələblərinə uyğun olaraq, normanın məzmunu aydın və birmənalı ifadə edilməlidir. Burada ictimai iştiakçılığın anlayışı verilib. Yəni, söhbət ondan gedir ki, ictimai iştirakçılıq dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyta keçirilməsində ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda ictimaiyyətin iştirakıdır. İndi bu ictimai müzakirənin anlayışı verilir. Amma burada belə çıxır ki, ictimai müzakirə - əlavə edirik- habelə mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının müzakirə etdiyi ictimai və yerli əhəmiyyətli məsələlərlə bağlıdır. Yəni belə çıxır ki, müzakirə ilə əlaqədar müzakirə aparırıq. Halbuki biz, qanunların və qərarların qəbulu ilə əlaqədar olaraq bu müzakirəni aparmalıyıq. Ümumiyyətlə mən bu qanuna edilən dəyişikliyi konseptual baxımdan əslində dəstəkləyirəm. İctimai rəyin öyrənilməsi və nəzərə alınması cəmiyyətdə ictimai məmnunluq yaradır. Vaxtilə teoloqlar da deyirdilər ki, xalqın səsi tanrının səsidir və onu eşitmək lazımdır. Ona görə də bir çox böyük ictimai əhəmiyyət kəsb edən məsələlərlə bağlı həqiqətən də ictimai rəyin öyrənilməsinə və ictimai müzakirələrə çox geniş ehtiyac var. İctimi rəyin öyrənilməsi ilə bağlı məsələ başqa qanunlarımızda da var. Məsələn “Bələdiyyələrin statusu haqqında” qanunun 26-cı maddəsində qeyd olunur ki, “yerli əhəmiyyətli məsələlərə dair sorğu keçirilməlidir”. Sonra yerli icra hakimiyyətləri haqqında əsasnamənin 3.2-1-ci maddəsində qeyd olunur ki, icra hakimiyəti orqanları əhalinin sosial əhəmiyyətli sifarişlərinin öyrənilməsini təşkil etməlidir. Yəni bunu necə öyrənmək olar? İnsanlarla söhbət etmək, müzakirə aparmaq, dinləmə keçirmək lazımdır.

Yeri gəlmişkən qeyd edim ki, tutaq ki, Bakı şəhərində 7 ildir “Formula1” yarışı keçirilir. Bunun müddəti 3 il də artırıldı. Amma bu cür insanların geniş müzakirəsinə səbəb olmuş məsələrlə bağlı qərarın qəbulunda ictimai rəy öyrənilmir. Mən hesab edirəm ki, yanlışlıq burdadır. Bizim burada etdiyimiz dəyişiklikdə qeyd olunur ki, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının qəbul etmək istədiyi qanun və qərarlarla bağlı ictimai müzakirələrin keçirilməsinə ehtiyac olmalıdır. Ümumiyyətlə köhnə normada bu var idi ki, ictimai əhəmiyyətli qərarların qəbulu. Ümumiyyətlə ictimai əhəmiyyəti olmayan qərar yoxdur. Ona görə də biz yazmalıyıq ki, “böyük ictimai əhəmiyyətli qərarların qəbulu” ilə bağlı müzakirələr keçirilməlidir. Məsələn burada qeyd olunur: məsələn ictimai və yerli əhəmiyyətli məsələlərlə bağlı. Və bunlar bir-birindən ayrılır. Sanki ictimai məsələ ilə yerli əhəmiyyətli məsələ ayrıdır. Ümumiyyətlə istənilən yerli əhəmiyyətli məsələ, əgər orada insanlar yaçayırsa həmçinin ictimai əhəmiyyət kəsb edir. Ona görə də təklif edirəm ki, belə yazılmalıdır: “İctimai müzakirə, böyük ictimai əhəmiyyət kəsb edən qanun və qərarların (normativ hüquqi aktlarla yanaşı) yerli icra hakimiyyəti və özünüidarə orqanları aktlarının qəbulundan öncə əhalinin müxtəlif təbəqələrinin təkliflərinin öyrənilməsi üçün aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələrinin hüquqi şəxslər və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin mövqeyini öyrənməliyik”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər