26 May 2023 17:22
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezident İlham Əliyevin Moskva səfəri məhsuldur olduğu qədər də, maraqlı məqamlarla yadda qaldı. Dövlətimizin başçısının qonaq qismində Avrasiya İqtisadi Birliyinin toplantısına qatılması, Rusiya Prezidenti Putinlə və Ermənistan Baş naziri Nikol Paşinyanla ikitərəfli və üçtərəfli görüşləri, oradakı çıxışlar üzv ölkələrin siyasi elitaları və media qurumları tərəfindən maraqla izlənildi. Düzdür, Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü deyil. Amma birliyin üzvləri ölkəmizi böyük səbirsizliklə bu qurumda görmək istəyirlər. Bu da Azərbaycanın və onun rəhbərinin siyasi nüfuzundan xəbər verir”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin Moskva səfərində əsas məqsəd Nikol Paşinyanla sülh prosesini müzakirə etmək idi:

“Azərbaycan Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə sıx əlaqələrə malikdir. Azərbaycanın həmin ölkələrlə 5 milyard dollara yaxın ticarət dövriyyəsi var. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan dayanıqlı iqtisadiyyata malik, özünü təmin edən ölkədir və xaricdən hər hansı dəstəyə ehtiyacı yoxdur. Bu bizə müstəqil xarici siyasət yürütməyə imkan verir. Təbii ki, Moskva görüşündə bizim üçün ən vacib və maraqlı məqam Cənab Prezidentin Paşinyanın ittiham və iddialarına tutarlı arqumentlərlə cavab verməsi, bir sözlə, onu yerində oturtması oldu. Ölkəmizin başçısı haqlı olaraq qeyd etdi ki, Paşinyan sülh prosesində ritorikanı yumuşaltmaq əvəzinə ittihamlardan istifadə edir. Azərbaycan-Ermənistan münasibətləri beynəlxalq hüquqa əsaslanmaqla ikitərəfli razılıq əsasında həllini tapmalıdır. Ermənistan siyasi rəhbərliyi uzun illərdir dünya ictimaiyyətini və erməniləri aldadır.

Paşinyanın savadsızlığı, dar dünya görüşlüyü, çıxış etdiyi tribunanın ciddiliyinin fərqinə varmaması Moskvada bird aha özünü göstərdi. Paşinyan yenə də özünü gülüş hədəfinə çevirdi. Hətta Ermənistan mətbuatında və sosial şəbəkələrin erməni seqmentində Paşinyanın Moskvada çıxışları ironiya ilə qarşılandı, istehza doğurdu. Erməni mətbuatı yazır ki, Paşinyan Moskvaya "yuxulu" getmişdi, Azərbaycan Prezidentinin cavabı onda "soyuq duş effekti" yaratdı. Doğrudan da, videogörüntülərə baxanda elə təəssürat yaranır ki, rabitəsiz və məntiqdən uzaq çıxış edən Paşinyan cənab İlham Əliyevin cavabından sonra çox qeyri-peşəkar ifadələr işlətdiyinin fərqinə vardı. Cənab Prezident sanki Paşinyana siyasət dərsi keçdi, beynəlxalq hüququ izah etdi. Bildirdi ki, beynəlaxlq siyasi münasibətlərdə “dəhliz” termini heç bir halda ərazi iddiası kimi başa düşülmür. Rusiya Prezidenti Vladimir Putin də dövlətimizin başçısının fikirlərini təsdiqlədi”.

Politoloq qeyd edib ki, daha öncə xarici işlər nazirləri Vaşinqtonda, Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri Brüsseldə görüşüblər:

“Moskva görüşündən qabaq Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını və Qarabağın da bura daxil olduğunu bildirməsi bizim üçün əhəmiyyətli məsələ idi. Prezident İlham Əliyev Moskvada vurğuladı ki, Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması sülh prosesinin inkişaf etdirilməsində mühüm məqamdır. Dövlətin başçısının beynəlaxlq tədbirlərdə ləyaqətli, cəsarətli davranışları, peşəkar çıxışları onun xalqını və vərəndaşlarını ruhlandırır, fəxarətləndirir”


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər