26 May 2023 15:01
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında iyunun 1-də Moldovanın paytaxtı Kişineuda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçiriləcək görüş zamanı sülh sazişi imzalana bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva xarici jurnalistlərə açıqlamasında deyib.

“Ümid edirik ki, iyunun 1-də Kişineuda, nəhayət, sülh müqaviləsi imzalanacaq. Bu fürsəti qaçırmaq olmaz”, - diplomat vurğulayıb.

Qeyd edək ki, Moldovada keçiriləcək danışıqlarda Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz da iştirak edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər