2 İyun 2023 18:36
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Küveyt Dövlətinin Baş naziri Əhməd Nəvaf əl-Əhməd əl-Sabah Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, məktubda deyilir:

"Dost Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə məmnuniyyətlə səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq.

Bu gözəl fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq əlaqələrindən məmnunluğumuzu ifadə edir, bu əlaqələrin ortaq maraqlarımız naminə daha da möhkəmlənməsinə səy göstərdiyimizi vurğulayırıq.

Sizə uzun ömür, cansağlığı, dost xalqınıza davamlı inkişaf və rifah diləyirik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər