7 İyun 2023 16:20
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk Ağsaqqalları İctimai Birliyinin idarə heyətinin sədri, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədovun Heydər Əliyevin yüzilliyi çərçivəsində hazırladığı yazı Livanın “sadaeliklim” xəbər portalında yayımlanıb.

Teleqraf.com xəbər verir ki, tanınmış “sadaeliklim.com” informasiya agentliyində yayımlanan “Ümummilli lider Heydər Əliyevin Azərbaycan-Livan münasibətlərindəki rolu” sərlövhəli yazıda Ulu Öndərin Azərbaycan-Livan münasibətlərinin qurulması və inkişafında göstərdiyi xidmətlərdən söz açılır.

Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanla Livan arasında imzalanan müqavilələr və digər məsələlərdən bəhs edilir. Eyni zamanda məqalədə Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyi önə çəkilir.

Yazıya bu linkdən daxil olmaq mümkündür:

http://sadaeliklim.com/?fbclid=IwAR2ZEgtTUtomJ3nrUUWw2rXp0PKhyGdBDb83HIDtPt131uqAPXKlvIN4bXw


Müəllif: Teleqraf.com