Azərbaycanın Türkiyədəki yeni ticarət nümayəndəsi Tamerlan Tağıyev fəaliyyətə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva "Twitter" hesabında məlumat verib.
Baş konsul, Tamerlan Tağıyevla görüşdüyünü bildirib. Tərəflər iqtisadi məsələləri müzakirə ediblər.