Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Türkiyənin bu ölkədəki səfiri Yağmur Ahmet Güldere ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə azərbaycanlı diplomat Tvitterdə bildirib.
“Can Türkiyənin Ukraynadakı Səfiri, dəyərli qardaşım Yağmur Ahmet Güldere ilə tanış olmaqdan məmnun oldum. “Bir millət iki dövlət” şüarı ilə Kiyevdə əməkdaşlıq edəcəyik” – diplomat vurğulayıb.