16 İyun 2023 20:12
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdən sonra Azərbaycana səfəri tarixi əhəmiyyət kəsb etməklə yanaşı iki qardaş ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olmasının təzahürüdür. Qardaş ölkədə prezident seçkilərindən sonra ölkə başçısı seçilən şəxsin Azərbaycana səfəri artıq bir ənənəyə çevrilib. Azərbaycanda da Prezident seçkilərindən sonra ölkə başçısının ilk səfər etdiyi ölkə məhz qardaş Türkiyə olur.

Bunu Teleqraf.com-a YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, qardaş ölkədə baş tutan son parlament və prezident seçkilərindən sonra çox hörmətli Rəcəb Tayyib Ərdoğanın parlaq qələbəsi Azərbaycanda da böyük sevinclə qarşılandı: “Bu mənada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkidən sonra Azərbaycana səfəri vacib əhəmiyyət daşımaqla yanaşı bütün dünyanın diqqətində idi. Prezident İlham Əliyevin cari ilin 13 iyun tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ilə əlaqədar birgə bəyanatında vermiş olduğu mesajlar bu baxımdan olduqca vaibdir. Bu iki qardaş ölkənin birliyini ifadə etməklə yanaşı qarşıda duran əsas hədəflərin ifadəsi oldu”.

Millət vəkili hesab edir ki, qardaş ölkədə seçkilərdən sonra yeni yanaşmaların olması mümkündür:

“Bu Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər deməkdir. Çünki bu günə qədər əldə edilmiş bütün uğurların kökündə məhz Azərbaycan-Türkiyə arasında olan qardaşlıq əlaqələrinin xarakteri durub. Bu xüsusda iki qardaş ölkə arasında imzalanmış tarixi Şuşa Bəyannaməsinin əhəmiyyətini önə çəkmək daha vacibdir. Çünki bu anlaşma Azərbaycanla Türkiyə arasındakı dostluq, qardaşlıq münasibəti rəsmən müttəfiqlik səviyyəsinə yəni, əlaqələrin yüksək pilləsinə çatmış olub”.

Deputat bildirib ki, Şuşada iki qardaş ölkə arasında imzalanan Bəyannamə rəmzi xarakterə malikdir: “Şuşa Qarabağın tacı olmaqla yanaşı II Qarabağ müharibəsində son nöqtəninin qoyulduğu bir tarixi ərazi oldu. Sözsüz ki, bu gün Azərbaycanla Türkiyə əməkdaşlığı bütün sahələrdə konkret proqramlar əsasında inkişaf etməkdədir. İki qardaş ölkə xarici siyasət sahəsində vahid mövqedən çıxış edir. Eyni zamanda bölgədə inkişaf, sabitlik və təhlükəsizlik baxımından Türkiyə-Azərbaycan birliyi, tandemi olduqca önəmli və təsirlidir”.

Sevinc Hüseynova həmçinin Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi hərbi, müdafiə sahəsində olan sıx əməkdaşlıqdan bəhs edib: “Əsas hədəflərdən biri Azərbaycan Ordusunun Türkiyə modeli əsasında inkişafıdır. Bununla yanaşı müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq planları mövcuddur. Cari il üçün 16 birgə hərbi təlim keçiriləcəyi planlaşdırılıb ki, bunun da 6-sı artıq baş tutub. Bugünkü dünyada güc amilinin ön plana çıxdığını nəzərə alsaq bu oldduqca önəmlidir. Fakt odur ki, indiki reallıqda beynəlxalq hüquq işləmir. Azərbaycan bunun acı reallığını 30 illik işğal dönəmində görüb. Ermənistanın 30 ilə yaxın Azərbaycan ərazilərindən qoşunlarını çıxartmaqla bağlı aparılan müzakirələr, danışıqlar heç bir nəticə vermədi. Nəticədə, Azərbaycan öz hərbi gücünə tarixi ədaləti bərpa etdi. Bütün bunlarla yanaşı bu gün Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcmi sürətlə artır və artıq 6 milyard dollara çatıb. Həyata keçiriləcək layihələr burada olduqca önəmlidir. Xüsusilə enerji sahəsində Azərbaycandan Türkiyəyə təbii qaz ixracının ildən-ilə artması nəzərdə tutulub”.

Təftiş Komissiyasının sədri Azərbaycan ərazisində mövcud olan nəqliyyat və logistika imkanlarının əhəmiyyətinə də toxunub: “Bakı Dəniz Limanının imkanları 25 milyon tona qədər genişlənir. Dəmir yolu, gəmiqayırma zavodu və digər nəqliyyat infrastrukturu ən müasir səviyyəyə gətirilir. Məhz bu reallıq tarixi Zəngəzur dəhlizinin açılmasını qaçılmaz edir. Sözsüz ki, Azərbaycanla Türkiyənin bu istiqamətdə birgə səyləri getdikcə artır. Dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açmaqla yanaşı bölgədə mühüm canlanmaya səbəb olacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər