22 İyun 2023 17:41
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni əsilli sakinləri ilə dialoqunda "beynəlxalq mexanizm"in tətbiq olunmasına və bu çərçivədə erməni əsilli sakinlərin "hüquqları və təhlükəsizliyi" məsələlərinin həll edilməsinə dair çağırışlarla bağlı bir daha vurğulayaq ki, Erməni əsilli sakinlərlə dialoq, habelə Azərbaycan ərazisində, Azərbaycan qanunları çərçivəsində yaşayan şəxslərin hüquq və azadlıqlarının təmin olunması məsələsi Azərbaycanın daxili işidir".

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan baş naziri Nikol Paşinyanın hökumətin 22 iyun tarixli iclasında çıxışı zamanı səsləndirdiyi fikirlərə dair şərhində bildirilib.

Qeyd olunub ki, Azərbaycan erməni sakinlərinin reinteqrasiyası istiqamətində müvafiq zəruri tədbirlər həyata keçirməkdə qərarlıdır, bu və digər məsələlərin müzakirəsi məqsədilə erməni sakinlərə ünvanlanmış dəvət hələ də qüvvədədir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər