7 Avqust 2023 16:52
1 411
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin hazırladığı “Göyçə gülü” sənədli filmi Ermənistanda böyük rezonans doğurub.

Teleqraf.com xəbər verir ki, AzTV-də yayımlanan və Qərbi Azərbaycandan (Hazırkı Ermənistan ərazisi red.) bəhs edən film rəsmi İrəvanda müəyyən dairələrdə çaxnaşma yaradıb.

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan özünün “Twitter” mikrobloqunda "Azərbaycan dövlət televiziyası indicə 35 dəqiqəlik film nümayiş etdirib. Bir sözlə, Ermənistan Respublikasının bütün suveren ərazisini Azərbaycanın ərazisi kimi təqdim edir. Gördüyünüz kimi, Ermənistan xəritədən yoxa çıxır", - deyə o, qeyd edib.

Qeyd edək ki, söhbət AzTV-nin hazırladığı "Göyçə gülü" adlı filmdən gedir. Bu, bir daha göstərir ki, Ermənistan Azərbaycanın hazırladığı bir filmdən belə çəkinir və vahiməyə düşür. Onlar 44 günlük müharibədəki "dəmir yumruq"dan sonra hələ də sayıqlamağa davam edirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər