"Ermənistanın törətdiyi hərbi cinayətlərə görə cəzasız qalmağına son qoyulmalıdır".
Teleqraf.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Ballıqaya qətliamının 31-ci ildönümü ilə əlaqədar "X" hesabında etdiyi paylaşımda yazıb.
"Biz qətliam qurbanlarını həmişə xatırlayırıq və heç vaxt unutmayacağıq", - o bildirib.
***
10:08
Azərbaycan Xarici İşlər Nazirliyi Ballıqaya qətliamının 31-ci ildönümü ilə əlaqədar paylaşım edib.
Teleqraf.com xəbər verir ki, nazirliyin "X" hesabında edilən paylaşımda qeyd olunub ki, 31 il əvvəl avqustun 28-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Goranboy rayonunun Ballıqaya kəndində 6-sı azyaşlı olmaqla 24 mülki azərbaycanlı vəhşicəsinə qətlə yetirilib.
"Qətlə yetirilənlər arasında 6 aylıq körpə və 93 yaşlı qadın da var", - paylaşımda qeyd olunub.
On this day, 31 years ago, a horrifying massacre was committed by the Armenian armed forces in the village of #Balligaya, Goranboy region of Azerbaijan, when 24 Azerbaijani civilians including 6 minors, as well as a 6-month-old baby and a 93-year-old woman were brutally killed. pic.twitter.com/1NzrjBnsQu
— MFA Azerbaijan (@AzerbaijanMFA) August 28, 2023