Yəhudi icması Azərbaycan cəmiyyətinin bir hissəsidir. Biz fəxr edirik ki Azərbaycanın tarixində antisemitizmlə bağlı heç bir hal yaşanmayıb.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin "i24news" telekanalına müsahibəsində deyib.
Hikmət Hacıyev qeyd edib ki, yəhudi icmasının Azərbaycanın mədəniyyətinin, dövlətçiliyin çiçəklənməsinə inkişafına verdiyi töhfə yüksək dəyərləndirilir: “Ən çətin zamanlarda, İkinci Dünya Müharibəsi illərində yəhudilər Sovet İttifaqının şərqindən və qərbindən Azərbaycana miqrasiya edib, biz ağır zamanlarda öz çörəyimizi yəhudi qardaş-bacılarımızla bölüşmüşük”.
Hikmət Hacıyev deyib ki, Azərbaycanda yaşayan yəhudi icması bu ölkənin İsraillə əməkdaşlığının güclənməsinə də ciddi töhfə verir.