6 Oktyabr 2023 11:20
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa Parlamentinin qəbul etdiyi qərar hər birimiz üçün ürəkbulandırıcı oldu. Hamımız bilirik ki, Avropa İttifaqı bir xristian klubudur. Uzun illərdir ki, qardaş Türkiyəni bu ittifaqa buraxmırlar və bunun da kökündə Türkiyənin müsəlman ölkəsi olması dayanır”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət qurucluğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında səsləndirib.

Millət vəkili “bilirik ki, Avropada güclü erməni diasporası var, Avropada islamafobiya çox geniş yayılıb”,- deyə əlavə edib: “Məhz Avropanın ədalətsiz mövqeyi nəticəsində, hansı ki 1988-ci ildə erməni separatizmi baş qaldırdı və onlar bu separatizmi dəstəklədilər. Separatçılara maliyyə yardımı ayırdılar, Ermənistanı işğalçı dövlət kim tanımadılar, Ermənistana sanksiya tətbiq etmədilər. Nəticədə Ermənistan etnik təmizləmə siyasəti həyata keçirdi. Bu siyasəti də çox acımasızcasına, azərbaycanlılara münasibətdə ağır işgəncələrə yol verməkıə, qarlı, soyuq havada onları ayaqyalın öz ev-eşiklərindən qovmaqla, insanları qovub Araz çayına tökməklə etnik təmizləməni həyata keçirdilər. Amma Avropa o zaman bunları görmədi, Ermənistana sanksiya tətbiq etmədi, Erministanın bu hərəkətini pisləmədi. İndi ermənilər emənilər özləri Azərbaycanın qanunları çərçivəsində yaşamaq istəmirlər və Qarabağdan köçüb gedirlər, bunu etnik təmizləmə adlandırırlar. Halbuki Azərbaycan polisi onlara su, qida verir və onları sərhədçilərimizilə birlikdə hörmətlə yola salırlar. Bütün bunlar onu göstərir ki, biz, nə etsək də Avropanın bizə münasibətini dəyişə bilmərik. Bu o halda ola bilər ki, biz, öz hüquqlarımızdan imtina edək. Əlbəttə Azərbaycan buna getməyəcək. Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Azərbaycan güclüdür, onun güclü, təbii müttəfiqləri var. Ona görə də Avropa Birliyi bu tipli qərarlar qəbul etməklə yalnız Avropada islamafobiyanın nə dərəcədə güclü olmasını göstərəcək. Azərbaycana münasibətldə bu ölkələrin nə qədər nifrətdolu hisslər yaşadığını nümayiş etdirəcək, münasibətlərimizə ziyan vuracaq. Azərbaycan hər bir halda onsuz da öz ərazi bütövlüyünü bərpa edib. Öz ərazilər üzərində dövlət suverenliyini təmin edib. Bu yoldan bizi hədələrlə, qorxutmaqla heç kim çəkindirə bilməz və Avropa Parlamentinin qəbul etdiyi rüsvayçı qərar onların tarixində Azərbaycan-Avropa Birliyi münasibətlərində qara ləkə olaraq qalacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər